Firmino İstanbul nəhənginə keçə bilər

“Beşiktaş" "Əl-Əhli" klubunun futbolçusu Roberto Firminonu transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu klubdan ayrılmağa razılıq verib.

“Haber Global”da dərc edilən xəbərə görə, tərəflər arasında danışıqlar aparılıb. "Əl-Əhli" də Roberto Firminonun klubdan getməsinə razılıq verib.

"Əl-Əhli" yüksək maaşı səbəbindən "Beşiktaş"a transfer qiymətində endirim edə bilər.

Qeyd edək ki, Roberto Firmino 2023-cü ildə "Əl-Əhli"yə transfer olub. Onun klubla müqaviləsi 2026-cı ildə yekunlaşır.