"Flamenqo" daha bir ulduz futbolçunu transfer edə bilər

"Milan"da icarə əsasında çıxış edən portuqaliyalı futbolçu Joao Feliks karyerasını Brazilyada davam etdirə bilər.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Flamenqo" J.Feliksi heyətinə qatmaq niyyətindədir.

25 yaşlı futbolçu müqavilə əsasında İngiltərənin "Çelsi" klubuna məxsusdur.

Qeyd edək ki, Joao Feliks bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 8 qol 3 asist müəllifidir.