Flik "Barselona"ya gəlməyə hazırdır
Hans - Diter Flik "Barselona"nı çalışdırmağa hazırdır.
Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis bu klubla şərtləri müzakirə etmədən anlaşmaya imza ata bilər.
Bu haqda tanınmı. jurnalist Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Kataloniya təmsilçisi Flikin arzularının komandasıdır.
Qeyd edək ki, yayılan son xəbərlərdə klub rəhbərliyinin Xavi ilə yenidən yolları ayırmaq fikrinə düşdüyü deyilir.