Flikin "Barselona"dakı maaşı bəlli olub
"Barselona"nın razılığa gəldiyi alman mütəxəssis Hans Diter Flikin klubda qazanacağı məbləğ bəlli olub.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Flikin katalon klubunda maaşı təxminən 3 milyon avro olacaq.
Mənbənin xəbərinə görə, 59 yaşlı çalışdırıcının müqaviləsində Çempionlar Liqasını qazanacağı təqdirdə 1 milyon avro bonus maddəsi var.
La Liqa çempionluğuna isə rəhbərlik 750 min avro vəd edib.
Qeyd edək ki, Flik 2019-2021-ci illərdə "Bavariya"nın baş məşqçisi vəzifəsində çalışıb.
Bu müddətdə alman nəhəngi onun rəhbərliyi altında Çempionlar Liqası, Avropa Superkuboku, Almaniya kuboku və iki dəfə Almaniya çempionatının qalibi olub.
Flikin son iş yeri 2021-ci ildən 2023-cü ilə qədər çalışdırdığı Almaniya millisi olub.