Florentino Peres: "Real Madrid" dünyanın ən sevilən və hörmət edilən klubudur

"Real Madrid"in prezidenti Florentino Peres hücumçu Kilian Mbappenin təqdimat mərasimində klubunun əhəmiyyətindən danışıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Florentino Peres mətbuata açıqlamasında bu fikirləri səsləndirib.

"Futbolçularımızı stadionda təqdim etmək çox gözəl hissdir. Hər dəfə bir futbolçunu Real Madrid forması ilə görmək bizə bayram ab-havası yaşadır.

Bu klub dünyanın ən sevimli və hörmət edilən klubudur. Santiago Bernabeu və ya Alfredo Di Stefano, Gento və ya Kopa kimi böyük futbolçularımız hamısı Real Madrid mifini yaradıblar", – Peres çıxışı zamanı deyib.

Qeyd edək ki, bu gün Santiago Bernabeu stadionunda yeni transfer Kilian Mbappenin təqdimat mərasimi keçirilib.