Fransa millisində növbəti itki - Heyətdən çıxarıldı

Fransa millisi DÇ-2022 ərəfəsində daha bir itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, Fransa Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, PSJ-nin müdafiəçisi Presnel Kimpembe zədə səbəbindən Qətərdəki mundialda iştirak etməyəcək.

Onun əvəzinə “Monako”nun mərkəz müdafiəçisi Aksel Disasi yığma komandaya çağırılıb.

Xatırladaq ki, millinin üzvləri Pol Poqba və Nqolo Kante də zədə səbəbindən mundialı buraxacaq.

Qeyd edək ki, Fransa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Danimarka, Avstraliya və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.