Kilian Mbappe "Real" mövzusuna son qoyub
"PSJ" klubunun 25 yaşlı hücumçusu Kilian Mbappe "Real Madrid"lə danışıqlarını yekunlaşdırıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, fransalı hücumçu "Kral" klubundan gələn təklifi qəbul edib və "PSJ" ilə müqaviləsi bitdikdən sonra transfer gerçəkləşəcək.
Tərəflər arasında şəxsi razılıq əldə olunduğu və keçidin gerçəkləşəcəyi bildirilib.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "PSJ" formasıyla çıxdığı 24 oyunda , 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.