Fransalı futbolçu "Flamenqo"ya keçməyə yaxındır

Hücumçu Antoni Marsial karyerasını "Flamenqo"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabristio Romano məlumat yayıb.

28 yaşlı futbolçu bu yay "Mançester Yunayted"dən ayrıldıqdan sonra azad agent statusu daşıyır.

2023/2024 mövsümünün böyük hissəsini zədəli olaraq keçirən Marsial İngiltərə klubunun heyətində cəmi 13 oyuna çıxıb.

Qeyd edək ki, oyunçu Fransa millisi ilə 30 oyunda 2 qol imza atıb.