Fransalı qolkiper Amerika klubuna transfer olunacaq

İngiltərənin "Tottenhem" klubunda çıxış edən təcrübəli qolkiper Huqo Loris Amerika klubuna keçəcək.

Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, təcrübəli qolkiper "Los Ancels" klubu ilə şəxsi razılıq əldə edib. Amerika klubu qolkiperlə 1 illik müqavilə imzalanacağını açıqlayıb.

Qeyd edək ki, Hüqo Loris 2011-ci ildən "Tottenhem" klubunun şərəfini qoruyur.