Fransalı ulduz futbolçu Lionel Messiyə layiq olduğu dəyərin verilmədiyini deyib

Fransalı ulduz futbolçu Kilian Mbappe Lionel Messiyə "PSJ"də layiq olduğu dəyərin verilmədiyini açıqlayıb. 

Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, 25 yaşlı hücumçu açıqlamasında :"Lionel Messi Frasnaya gəldiyi zaman azarkeşlər coşquyla qarşıladılar. Amma, daha sonra argentinalı ulduzun komandadan getməsini istədilər. Bu çox qəribədir. Lionel Messi gəlmiş keçmiş ən yaxşı futbolçulardandır. Ona layiq olduğ hörməti verdiyin zaman ən yaxşı nəticəni əldə edə bilərsən. Əks halda əlbəttə performansını göstərə bilməz",-deyib. 

Qeyd edək ki, Lionel Messi bu il Amerikanın "İnter Mayami" klubuna transfer olub.