"Fulhem" braziliyalı hücumçuyla maraqlanır
İngiltərə Prmyer liqasında çıxış edən "Fulhem" klubu "Liverpul"dan Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna transfer olan braziliyalı hücumçunu transfer etmək istəyir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Əl-Əhli" klubunun şərəfini qoruyan Roberto Firmino yenidən İngiltərə Prmyer liqasında çıxış edə bilər.
"Fulhem" klubu 32 yaşlı futbolçuyla şəxsi razılıq əldə etdiyini ancaq Səudiyyə Ərəbistanı klubunun transferdə çətinlik yaratdığını bildirib.
Qeyd edək ki, Roberto Firmino bu mövsüm "Əl-Əhli" formasıyla çıxdığı 19 oyunda 1 qol, 3 asistlə yadda qalıb.