“Fulhem”də ayrılıq yaşana bilər

"Fulhem"in portuqaliyalı baş məşqçisi Marko Silva mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Əl-Hilal" Marko Silvanı klubun sükanı arxasına gətirmək niyyətindədir.

47 yaşlı mütəxəsisin London klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək k, "Fulhem" İngiltərə Premyer Liqasında 51 xalla 11-ci pillədə yer alır.