Futbol mütəxəssisi Ahmet Çakar polis bölməsinə çağırılıb
Türkiyə Futbol Federassiyasının istefa verən prezidenti Mehmet Büyükekşi futbol mütəxəssisi Ahmet Çakarı polisə şikayət edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, polis bölməsinə dəvət olunan Ahmet Çakar açıqlamasında :" Mehmet Büykekşiyə "iki qat bloker" dediyim üçün məni şikayət edib. Bu gün polis bölməsinə gedərək ifadə verəcəm",-deyib.
Ahmet Çakar əlaəvə olaraq :"Tanıdığım ən xaraktersiz insandır. Türkiyə futbolunu biyabır edib istefasını verdi. Ölkəni Səudiyyə Ərəbistanı ilə düşmən etdi",-deyib.
Qeyd edək ki, təcrübəli mütəxəssis ifadə verdikdən sonra Mehmet Büyükekşi haqqında şiakyətçi olacağını açıqlayıb.