DÇ 2022: Qətər Ekvadora uduzdu

Bu gün futbol üzrə dünya çempionatı başlanıb.

Sportline.az xəbər verir ki, Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi ilə Ekvador millisi üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.

Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.

Mundialın qalibi 40 milyon dollara sahib olacaq. İkinci yeri tutan milli komanda 30 milyon, üçüncü yerin sahibi 27 milyon dollar qazanacaq.

DÇ-2022
A qrupu
20 noyabr

20:00. Qətər – Ekvador 0:2

Qol: Ener Valensiya, 16-pen, 32.
Baş hakim: Daniele Orsato (İtaliya)
“El-Bayt” stadionu.