Futbolçunun zəlzələdə ölümü təsdiqləndi

Türkiyənin “Hatayspor” klubunun hücumçusu Kristian Atsu dəhşətli zəlzələnin qurbanı olub.

Sportline.az xəbər verir ki, bunu qanalı futbolçunun agenti Murat Uzunmehmet təsdiqləyib.

O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdən sonra Kristian Atsunun dağıntılar altında qaldığı, daha sonra onun yaralı halda tapıldığı açıqlanmışdı. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.

Xatırladaq ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib. Qanalı futbolçu ölkəsinin yığmasında da 65 oyuna 9 qol vurub.

 

Banner