Gilyermo Abaskal İspaniya klubunda

"Bazel" və Moskva "Spartak"ının sabiq baş məşqçisi Gilyermo Abaskal karyerasını İspaniyada davam etdirəcək. 

Sportline.az xəbər verir ki, o, "Qranada"nı çalışdıracaq. 

AS-ın məlumatına görə, klub rəsmi olaraq iyunun 10-da açıqlama verəcək.

35 yaşlı mütəxəssisin qarşısına komandanı yenidən La Liqaya yüksəltmək tapşırığı qoyulub. 

Qeyd edək ki, bu mövsüm sonuncu yerdə qərarlaşan "Qranada" aşağı diviziona yuvarlanıb.