Gözlənilməz zədə alan Moratadan açıqlama
İspaniya millisinin kapitanı Alvaro Morata mühafizəçi ilə toqquşaraq aldığı zədədən çox üzgün olduğunu bildirib.
Sportline.az xəbər verir ki, futbolçu X sosial şəbəkəsində bununla bağlı üzüntüsünü belə ifadə edib: "Final matçında oynaya biləcəyəmmi? Bilmirəm. Ağrıyıram"
Qeyd edək ki, Morata yarımfinaldakı qələbənin sevincini yaşayarkən stadionun mühafizəçisi ayağını zədələyib.
Bundan sonra axsamağa başlayan futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb.
İspaniya millisinin finaldakı rəqibi bu gün keçiriləcək Niderland - İngiltərə görüşündə bilinəcək.