"Göztepe" "Leipziq"in təklifini rədd edib
"Leipziq" "Göztepe"nin brazilyalı futbolçusu Romulo üçün 16.5 milyon avro təklif edib.
Sportline.az "İHA"ya istinadən xəbər verir ki, Türkiyə klubunun rəhbərliyi bu təklifi qəbul etməyib.
23 yaşlı futbolçunun "Göztepe" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Romulo bu mövsüm çıxış etdiyi 33 matçda 17 qol 10 asistlə yadda qalıb.