Gyökeres İspaniya nəhəngində?
"Arsenal"ın forvardı Viktor Gyökeres "Barselona"nın maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçunun London klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.
"El Nacional" nəşrinin yaydığı məlumata görə, Kataloniya təmsilçisi isveçli hücumçunu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, V.Gyökeresin transfer qiyməti 70 milyon avrodur.