Gyökeres "Yuventus"un təklifini qəbul etməyib
"Yuventus" "Sportinq"in isveçli forvardı Viktor Gyökeresə illik 13 milyon avro maaş təklif edib.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bu təklifi geri çevirib.
Gyökeresi "Yuventus"la yanı sıra, İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klublarıda transfer etmək istəyir.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 54 qol 13 məhsuldar ötürmə müəllifi olub.