Hakim Ziyeş "Qalatasaray"dan ayrıla bilər

Mərakeşli futbolçu  Hakim Ziyeş "Qalatasaray"la yollarını ayıra bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı sağ cinah hücumçusu Super Kubok matçında zədələi olduğunu bəhanə edərək matça çıxmaq istəmədyini deyib. Daha sonra isə ulduz futbolçunun keçmiş komandasına transfer olmaq istədiyi məlum olub. 

Hakim Ziyeş mencerinə "Ayaks"la görüşmələr başlamasını tapşırıb və "Qalatasaray"dan ayrılmaq istədiyini deyib. 

Qeyd edək ki, Hakim Ziyeş "Qalatasaray" formasıyla çıxdığı 14 oyunda 4 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.