Halilhociç 4 komanda ilə mundiala vəsiqə qazanan yeganə baş məşqçi olub
Futbol üzrə Mərakeş millisinin baş məşqçisi Vahid Halilhociç yeni uğura imza atıb.
Sportline.az xəbər verir ki, 70 yaşlı mütəxəssis buna yığma ilə bu il keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqla nail olub.
Bosniya və Herseqovinadan olan baş məşqçi 4 müxtəlif komanda ilə mundialda iştirak hüququ əldə edən ilk mütəxəssisdir.
Halilhociç daha əvvəl Kot d İvuar, Əlcəzair və Yaponiya seçmələrini dünya çempionatına aparıb.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.