"Hall Siti"nin prezidenti Acun Ilıcalı "Liverpul"un futbolçusunu istəyir

İngiltərə 2-ci liqasında çıxış edən "Hall Siti"nin preizdenti Acun Ilıcalı "Liverpul"un 21 yaşlı futbolçusuyla maraqlanır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli iş adamı Acun Ilıcalı portuqaliyalı gənc futbolçu Fabiyo Karvalyonu transfer etmək istəyir. 

Acun Ilıcalı açıqlamasında :"Düzdür böyük kulubların almaq istdiyi futbolçunu trasnfer etmək çətindir, amma biz "Hall Siti"yik. İstənilən futbolçunu ala bilərik",-deyib. 

Qeyd edək ki, Fabiyo Karvalyo icarə əsasında çıxış etdiyi "Leyptsiq"klubunda cəmi 15 oyunda meydana çıxıb.