"Hatayspor" tarixində ilk dəfə Superliqada

Türkiyə birinci liqasında mövsümün sonuna bir tur qalmış qalib müəyyənləşib.

Sportline.az xəbər verir ki, 33-cü turda “Hatayspor” çempionluğunu rəsmiləşdirib. Sözügedən komanda səfərdə “Adanspor”u 2:1 məğlub etməklə buna nail olub.

Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” ilk dəfə Superliqaya vəsiqə qazanır.