Hazırda baş məşqçisiz qalan "Beşiktaş"ı müvəqqəti çalışdıracaq şəxs açıqlanıb

Dekabrın 25-i "Hatayspor"la görüş öncəsində baş məşqçi Rıca Çalımbayla yolları ayıran "Beşiktaş"ı müvəqqəti olaraq Sərdar Topraktepe çalışdıracaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, U-19 komandasının baş məşqçisi  Sərdar Topraktepe açıqlamsında :"Hazırda komandada vəziyyət olduqca gərgindir. Yeni baş məşqçi gələnədək vəzifəni mən icra edəcəyəm. Qələbə qazanmaq üçün nə lazımdırsa etməyə hazıram",-deyib.

Qeyd edək ki,"Beşiktaş" rəhbərliyi baş məşqçi vəzifəsi üçün 8 namizədlə görüşmələrə başladığını bildirib.