Həbib Nurmaqomedov şərtləri açıqladı

UFC-nin yarımyüngül çəkili və yüngül çəkili çempionları İlya Topuriya ilə İslam Maxaçevin mümkün döyüşü hələ də müzakirə mövzusudur. 

Sportline.az xəbər verir ki, ali döyüş qurumu bu idmançıları oktaqonda qarşılaşdırmaqda maraqlıdır. 

Məşhur MMA ustası Həbib Nurmaqomedov da buunla bağlı fikrini açıqlayıb.

"Əgər, Topuriya Dastin Porye və ya Çarlz Oliveyra kimi idmançılardan birinə qalib gəlsə, titul növbəsinə dayana bilər. Onun yüngül çəkidə döyüşsüz titul qarşılaşmasına layiq olduğunu düşünmürəm", - deyə Nurmaqomedov "Bloody Elbow"a açıqlamasında bildirib.

Qeyd edək ki, bundan əvvəl İslam Maxaçev Topuriya ilə döyüşmək istəmədiyini bəyan etmişdi.