Hektor Bellerin: qadın futbolçular bizimlə eyni maaşı almalıdır

İspaniyalı futbolçu Hektor Bellerin ölkəsində iştirak etdiyi podkast proqramında qadın həmkarlarının da onlarla eyni maaşı alması lazım olduğunu deyib.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, "Real Betis"in sağ cinah müdafiəçisi Hektor Bellerin qonaq olduğu bir podkast proqramında maraqlı fikirlər səsləndirib.

29 yaşlı futbolçu qadın həmkarlarının daha az maaş aldıqlarını və onların da kişi futbolçularla eyni maaşı almalı olduqlarını müdafiə edib.

Bellerin "Məncə bu mütləq olmalıdır. Bildiyim odur ki, qadınlar da bizimlə eyni maaşı almalıdırlar. Eyni dərəcədə peşakarlığa sahibik, eyni hüquqlarımız və keyfiyyətlərimiz var. Bunu necə ola bilər? Hələdə anlamıram" deyib.

Qeyd edək ki, təcrübəli futbolçu 2023-cü ildən "Real Betis"də çıxış edir. O, Daha əvvəl "Arsenal", "Barselona" və "Sportinq" kimi klubların uğurları üçün çalışıb.