Höylund İtaliya nəhənginə keçə bilər
"Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "İnter" Höylunddu transfer etmək üçün hərəkətə keçib.
22 yaşlı forvardın klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Höylunddun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avro olaraq qiymətləndirilir.