Huqo Loris karyerasını Amarrika liqasında davam etdirə bilər

Amerika klubu Fransa millisinin təcrübəli qolkiperi Huqo Lorisin transferində maraqlıdır.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Tottenhem" klubunun və Fransa millisinin təcrübəli qolkiperi üçün Amerikanın "Los Ancels" komandası təklif göndərib.

İngiltərə klubunun rəhbərlri məsələ ilə bağlı qolkiperlə görüşüb və qısa müddət ərzində cavabı açıqlayacaqlarını bildiriblər.

Qeyd edək ki, Huqo Loris 2011-ci ildən "Tottenhem" klubunun şərəfini qoruyur.