"Hyuston" qələbə qazandı, "Çikaqo" məğlub oldu

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, azarkeşlər ötən gecə daha 4 oyuna şahidlik ediblər.

Maraqla gözlənilən matçda "Hyuston Rokets" "Los Anceles Leykers"lə görüşdə azarkeşlərini sevindirib.

"Çikaqo Bulls" isə "Orlando Məcik"ə uduzub.

"Hyuston Rokets" - "Los Anceles Leykers" - 126:111

"Sen Antonio Spörs" - "Los Anceles Klippers" - 125:87

"Orlando Məcik" - "Çikaqo Bulls" - 97:91

"Feniks Sans" - "Dallas Maveriks" - 99:89