"Hyuston"dan rekord
Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında rekord qeydə alınıb. SportLine.az xəbər verir ki, "Hyuston Rokets" komandası "Vaşinqton Uizards"la görüşdə 26 üç xallıq atışla rekord müəyyənləşdirib.
136:113 hesablı qələbəyə sevinən Hyuston basketbolçuları bununla "Klivlend Kavalyers"i qabaqlayıblar. Bundan öncəki rekordu əlində saxlayan "kavalyerlər" bir oyunda 25 üç xallıq atışa nail olmuşdular.