İdman ictimaiyyəti Heydər Əliyevin məzarını ziyarət edib
Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də, idman federasiyalarının, gənclər təşkilatlarının nümayəndələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə bu gün Fəxri Xiyabanı ziyarət ediblər.
Sportline.az xəbər verir ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.