İlkay Gündoğan "Barselona" ilə bağlı qərar verdi

Almaniya millisinin türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğan karyerası ilə bağlı qərarını qətiləşdirib.

Sportline.az xəbər verir ki, o, "Barselona"nı tərk etməyəcək.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu bununla bağlı klub rəhbərliyini xəbərdar edib. 

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə onun "Əl-Sədd" klubuna keçəcəyi bildirilirdi. 

İlkay Gündoğanın "Barselona" ilə 2025-ci ilədək müqaviləsi var.