İngiltərə klubu "Real"ın ulduzunu istəyir

"Everton" "Real"ın yarımmüdafiəçisi Xames Rodriqesi transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti kolumbiyalı futbolçunu sərəncamında görməyi arzulayır. İtaliyalı mütəxəssis "Real"da rəhbərliyi altında görmüş futbolçunun komandaya güc qatacağından əmindir.

28 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatacaq.