İngiltərəli futbolçu "Fənərbağça"nın təklifini qəbul etmədi
"Fənərbağça" klubunun transfer etmək istədiyi ingiltərəli hücumçu mövsümü komandasında bitirmək qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Entoni Marsiyal "sarı-lacivərtlər"in təklifini geri çevirib və İngiltərə Prmyer liqasında çıxış etmək istədiyini bildirib.
28 yaşlı hücumçu bu mövsüm baş komandaya transfer olmaq isəmədiyini klub rəsmilərinə deyib.
Qeyd edək ki, Entoni Marsiyal bu mövsüm "Mançester Yunayted" forması ilə çıxdığı 19 oyunda 2 qol,2 məhsuldar ötürmə ilə yadda qalıb.