"İnter"də ciddi itki
"İnter"in fransalı futbolçusu Benjamin Pavar sıradan çıxıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, müdafiəçi həftəsonu "Roma" ilə baş tutan qarşılaşmada (0:1) sol topuğundan zədələnib.
Pavar Çempionlar Liqasının "Barselona" ilə keçiriləcək ilk yarımfinal görüşündə meydana çıxmayacaq.
Bununla yanaşı, hücumçu Markus Türam artıq çərşənbə axşamı səhər komandaya qoşularaq ümumi məşqlərdə iştirak edəcək. O, aprelin ortalarından etibarən bud nahiyəsində yaşadığı zədə səbəbindən üç matçı buraxmalı olub.
"Barselona" – "İnter" qarşılaşması 30 aprel tarixində Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.