"İnter"in futbolçusu "Mançester Yunayted"in radarına düşüb

"İnter"in almaniyalı futbolçusu Yan Bissek karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Bissek üçün qarşı tərəfə 30 milyon avro təklif edib.

24 yaşlı stoperin "İnter"lə müqaviləsi 2029-cu ilin iyun  ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Van Bissek bu mövsüm çıxış etdiyi 39 matçda 2 qol 3 asistlə yadda qalıb.