“İnter”in yeni hədəfi bəlli olub
"İnter" "Marsilya"nın brazilyalı futbolçusu Luiz Enrikeni heyətinə qatmağı düşünür.
Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "İnter" bu keçid üçün qarşı tərəfə 25 milyon avro təklif edib.
Lakin Fransa klubu təklifi qəbul etməyib.
"Marsilya"nın rəhbərliyi L.Enrike üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 34 matçda 9 qol 9 asistlə yadda qalıb.