"İnter" heyətini gücləndirmək niyyətindədir

"İnter" klubu  "Klub Brügge"nin sağ cinah hücumçusu Tayon Byukenenin transferində maraqlıdır. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya klubu Xuan Kuadradonun zədələnməsinin ardından heyətini gücləndirmək qərarına gəlib. 

"İnter" futbolçu ilə şəxsi razılıq əldə olunduğunu və ən qısa müddətdə transferi gerçəkləşdirəcəyini bildirib. 

Qeyd edək ki, 24 yaşlı sağ cinah hücumçusu Tayon Byukenen bu mövsüm "Klub Brügge" forması ilə çıxdığı 20 matçda 3 qol, 4 asistlə yadda qalıb.