İran millisinin qapıçısı üçün mundial başa çatıb
Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığması ilə görüşdə zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.
Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı qolkiper mundialdakı digər matçları buraxacaq.
Komanda yoldaşı ilə toqquşan Beyrənvand matçdan sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Meydanı xərəkdə tərk edən oyunçu 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.
Qeyd edək ki, B qrupunun qarşılaşması İngiltərənin 6:2 hesablı qələbəsi ilə bitib.