İrlandiya yığması 16 oyundan sonra ilk qələbəsini Bakıda qazanıb

İrlandiya milli komandası 16 oyunluq qələbəsizlik seriyasına Bakıda Azərbaycan yığması ilə 2022-ci il dünya çempionatının seçmə oyununda son qoyub.

Sportline.az xəbər verir ki, bu, qonaq komandanın baş məşqçi Stiven Kenninin rəhbərliyi altında ilk qalibiyyəti olub.

İrlandiya millisi daha əvvəl 10 iyun 2019-cu ildə Cəbəllütariqi yenməyi bacarıb - 2:0. Azərbaycan yığması isə böyük hesabla məğlubiyyətə uğradılıb - 3:0.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk 2 qolu səfər öncəsi verdiyi açıqlama ilə diqqət çəkən Kallum Robinson 7-ci və 39-cu dəqiqələrdə vurub. Robinson Azərbaycana səfər öncəsi iki dəfə koronavirusa yoluxmasına rəğmən, peyvənd olunmadığını açıqlamışdı. Son qolu isə Çiedozi Oqbene 90-cı dəqiqədə vurub.