İrlandiyanın baş məşqçisindən qələbə şərhi

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya millisi Bakıda Azərbaycan yığması ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. 

Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Stiven Kenni çıxış edib. 

"Bu gün qələbə qazanmaq önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Kalum Tobinsonun ətrafında gəzən söz-söhbətlərə son qoymaq üçün bugünkü oyun ona motivasiya oldu.

Azərbaycan bizim üçün təhlükəli rəqibdir. Səfərdə onları 3:0 hesabı ilə məğlub etmək yaxşı nəticədir. İkinci hissədə Azərbaycan millisi topa daha çox sahib oldu. Topa yaxşı yiyələnə bilirlər. Komandamız sistem dəyişikliyinə məruz qalıb. Futbolçularla çox ünsiyyətdə ola bilməmişəm. Amma buna rəğmən yaxşı nəticə göstərdik".