İslam Maxaçev erməni ilə döyüşəcək

Məşhur rusiyalı MMA döyüşçüsü İslam Maxaçev yaxın gələcəklə bağlı planlarından söz açıb.

Sportline.az xəbər verir ki, UFC-nin yüngül çəkidə çempionu Dastin Poryedən sonra Arman Sarukyanla döyüşmək niyyətindədir.

Bundan sonra o, yarımorta çəkiyə keçəcəyini bildirib.

"Bu çəkidə hələ bəzi işlərim qalıb. Düşünürəm ki, yüngül çəki dərəcəsində Dastin və Armanla döyüşmək lazımdır. Bundan sonra artıq yarımorta çəkidə kəmər haqqında düşünmək olar", - deyə Maxaçev "Yahoo Sports"a fikrini açıqlayıb.

Qeyd edək ki, dağıstanlı idmançı Həbib Nurməhəmmədovdan sonra Rusiyanın ən güclü döyüşçüsü hesab olunur.