"İslama cəmi iki ay lazımdır"
UFC-nin çempionu İslam Maxaçevin məşqçisi Xavyer Mendes İlya Topuriya ilə mümkün döyüş haqqında fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis Maxaçevin imkanlarını yüksək qiymətləndirib.
"İstənilən rəqiblə döyüşə hazırlaşmaq üçün İslama cəmi iki ay lazımdır. Kiminlə qarşılaşacağının onun üçün heç bir fərqi yoxdur. O, imtina etməyəcək. İslam əsl döyüşçüdür. Yolumuza çıxan istənilən idmançı ilə qarşılaşmağa hazırıq", - deyə Mendes "Championship Rounds" portalına bildirib.
Qeyd edək ki, İlya Topuriya yarımyüngül çəkini yüngül çəkiyə dəyişərək Maxaçevlə döyüşmək istədiyini açıqlamışdı.