İsmail Kartal "Qalatasaray"ı tənqid atəşinə tutub
"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal derbi öncəsi mətbuat konfransında "Qalatssaray"ı tənqid atəşinə tutub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis açıqlmasında :"7 il öncə Türkiyə Super Kubokunu qazandığımız zaman çox sevinmişdim. İndi də bunu gerçəkləştirməyə çox yaxınıq. Rəqib komanda 60-cı dəqiqədən sonra oyunun sürətini azaltdı. Hakimlər də "Qalatasaray"ın planına sadiq qaldı. Daha çox nəsə demək istəmirəm. Kuboku qaldırdıqdan sonra yenə danışarıq",-deyib.
Qeyd edək ki, Okan Buruk İsmail Kartala cavab olaraq :"Sabahki görüşdə uğurlar arzu edirəm. Burada yox, meydanda danışmaq lazımdır",-deyib.