İspaniya klubunda koronavirus şoku

İspaniyanın "Atletik" klubunun 6 üzvü koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçular və məşqçi heyətindən götürülən testlərdən 6-sı müsbət çıxıb. Yoluxanların adları açıqlanmayıb. Onların öz evlərində təcrid olunduğu bildirilib.

Komandanın avqustun 14-də yenidən testdən keçəcəyi qeyd edilib.