İspaniya millisi məğlubedilməzlik seriyasını davam etdirir - Tarixi rekorda bir addım qaldı

İspaniya millisi ardıcıl 36-cı məğlubiyyətsiz oyununu keçirərək tarixi göstəriciyə imza atıb.

Sportline.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bununla ispanlar Argentina millisinin 36 oyunluq məğlubedilməzlik rekordunu təkrarlayıblar.

Komanda növbəti qarşılaşmada da məğlub olmazsa, 37 oyunluq seriyaya sahib İtaliya millisinin rekorduna şərik olacaq.

Hazırda futbol tarixinin ən uzun məğlubedilməzlik seriyası məhz İtaliya millisinə məxsusdur – 37 oyun. İspaniya isə bu rekordu yeniləməyə cəmi bir addım uzaqdadır.

Banner