İspaniya Super Kubokunda mübarizəyə start verilir
Səudiyyə Ərəbistanında təşkil olunan mini turnirin açılış matçında əzəli rəqiblər "Real Madrid"lə "Atletiko" üz-üzə gələcək.
Sportline.az xəbər verir ki, matçı ispanyalı hakim Xavier Roxas idarə edəcək.
Yarım finalın digər maraqlı görüşü "Barselona" ilə "Osasuna" komandaları arasında keçiriləcək.Matcın baş hakimi Alexandro Ruiz olacaq.
Qeyd edək ki , hər iki görüş Ər-Riyadda yerləşən "Al-Avval Park" stadionunda keçiriləcək. "Real Madrid" - "Atletiko Madrid" matçı Bakı vaxtı ilə saat 23:00 da başlanacaq.