İspaniya – Türkiyə: Heyətlərdəki son durum

2026-cı il Dünya Çempionatının seçmə mərhələsinə bu gün keçiriləcək 10 oyunla yekun vurulacaq.

Sportline.az xəbər verir ki, gecənin mərkəz matçında İspaniya öz meydanında Türkiyə ilə münasibətləri aydınlaşdıracaq.

Meydan sahiblərində əsas itki Din Höysenin adı ilə bağlıdır.

“Ay-ulduzlu”larda isə Emirhan Topçu, İrfan Can Kahveci və Kaan Ayhan iştirak ərzəsində yer almayıb.

İspaniya millisi 15 xalla qrupa başçılıq edir. Türkiyə isə 12 xalla 2-ci pillədə yer alır.

Qeyd edək ki, “qırmızı furiya” Dünya çempionatına birbaşa vəsiqə qazanıb. Türkiyə isə pley-off mərhələsində bəxtini sınayacaq.

Sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Görüşdə söz sahibi almaniyalı hakim Feliks Zvayer olacaq.