İtaliya millisi Dünya çempionatına qatıla bilər
İtaliya millisi Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilər.
Sportline.az "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, bu, FIFA-nın İranı yarışın iştirakçıları siyahısından çıxaracağı halda, mümkün olacaq.
Ali futbol qurumu İranda qadınların stadionlara getməsinə icazə verilmədiyi üçün belə qərara gələ bilər. FIFA İranı mundialdan kənarlaşdırsa, İtaliya final mərhələsinə vəsiqə qazanmayanlar arasında ən yüksək reytinqə malik olduğu üçün DÇ-2022-də iştirak edəcək.
İtaliya seçməsi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq ardıcıl ikinci dəfə mundialda iştirakdan məhrum olub.